Reuters-in açıqlamasına görə, elektronika istehsalı üzrə transmilli şirkət olan “Samsung Electronics”, hər il yaddaşsız mikrosxem biznesinə 9,57 milyard dollar sərmayə qoyacaq.
Bunu 2030-cu ilə qədər edəcək. Ümumi investisiya məbləğinin təxminən yarısı istehsal infrastrukturasının yaradılmasına gedəcək, qalanı isə araşdırmaya və təchizata xərclənəcək. Şirkətdə həm də belə hesab edirlər ki, bu addım həmin müddət ərzində 15 min iş yerinin açılmasına da kömək edəcək.
“Samsung” nümayəndələri bildiriblər ki,investisiyalar şirkətə 2030- cu il üçün, nəinki yarımkeçiricilər, həm də məntiqi mikrosxemlər istehsalı üzrə lider olmaq məqsədinə çatmaqda yardım edəcək.
“HI Investment & Securities” – in baş analitiki Sun Moonun sözlərinə görə,”Samsung” aqressiv hərəkət edir və səhmləri artırır, lakin bu uzunmüddətli layihə işləyib-işləməyəcəyini demək hələ tezdir. Uğur daha çox, bazar şərtləri və tələblərindən asılı olacaq.
Cənubi Koreya hökuməti öz şəxsi mikrosxem sektoruna dəstək proqramını hazırlayır. Bu barədə agentliyə Koreyanın sənaye nazirliyininin mənbələri açıqlama veriblər. Nazirliyin bildirişi aprelin sonunda çixa bilər.
TrendForce-un verdiyi məlumatlara görə, “Samsung” mikrosxem bazarının 19%-ni tutur və o, birinciliyi Tayvanın “TSMC” şirkətinə verib. 2017-ci ildə “Samsung Electronics” yarımkeçiricilərin istehsalından əldə etdiyi gəliri 53,6% artıraraq 15,1 milyard dollara çatdırıb və “İntel”-i keçərək sektorda birinci olub. Bu əsasən, çip yaddaş tədarükünün artması sayəsində olub.