Əsas səhifə Biznes sahələri Texnologiya Samsung elastik ekranlı smartfonlarını sentyabrda təqdim edəcək

Samsung elastik ekranlı smartfonlarını sentyabrda təqdim edəcək

156
Paylaş
Samsung Galaxy M40
Samsung Galaxy M40

Şirkət bildirib ki, elastik ekranlı Samsung Galaxy Fold smartfonları sentyabrda bəzi ölkələrdə satılmağa başlayacaq. Dəqiq buraxılış tarixini isə Samsung bildirməyib.

Bu smartfonların satışı hələ aprel ayında başlamalı idi, lakin təxirə salınmalı oldu. Rəsmi buraxılışından əvvəl sınaq üçün smartfonlardan əldə edən jurnalistlər elə ilk gün istifadədə onların xarab olmalarından şikayət ediblər.

Baş tutmayan təqdimatdan sonra smartfonda dəyişikliklər edilib, Samsung-da bildiriblər. Əsas diqqət onun ekranının davamlı olmasına yönəldilib.