Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Samsung dünya üzrə reklama ən çox vəsait xərcləyən şirkətdir. İldə $11 milyard!

Samsung dünya üzrə reklama ən çox vəsait xərcləyən şirkətdir. İldə $11 milyard!

251
Paylaş
Samsung
Samsung

Dünyanın ən böyük elektronika istehsalçılarından biri olan Samsung Electronics, reklama dünyanın hər hansı bir şirkətindən daha çox vəsait ayırıb – $11,2 milyard.

Cənubi Koreyanın Yonhap informasiya agentliyi, bu barədə Ad Age konsaltinq mərkəzinin məlumatlarına istinadən xəbər verir. Ötən il ilə müqayisədə Samsung şirkətinin xərcləri 13% artıb.

Samsung-un reklama bu qədər sərmayə etməyinin əsas səbəbi, şirkətin 2016-cı ildəki hadisədən sonra öz imicini bərpa etmək istəyi ilə bağlıdır. Qeyd edilmiş dövrdə, Samsung şirkətinin Galaxy Note 7 smartfonu satışdan çıxarıldı, bunun əsas səbəbi isə samrtfonun batareyasının qüsurlu olması idi. Bu batareyaların alışması və partlaması hallarına belə rast gəlinmişdi. Bundan əlavə, Samsung, daim inkişaf etməkdə olan bir sıra Çin şirkətlərinə münasibətdə rəqabətqabiliyyətli olmalıdır. Bu kimi şirkətlərdən Xiaomi, Meizu, Huawei kimi şirkətləri misal göstərmək olar.

Samsung-dan başqa reklama daha çox vəsait xərcləyən şirkətlərdən Procter&Gamble (10 milyard), L’Oreal (8,6 milyard), Unilever (8,5 milyard) və Nestle (7,2 milyard) şirkətlərinin adlarını çəkmək olar.