Çinin TENAA adlı nizamlayıcı orqanının məlumatlar bazasında Samsung şirkətinin iki yeni smartfon modeli barəsində məlumatlar ortaya çıxıb. məlumatlar bazasındakı smartfonlar SM-A3050 və SM-A3058 seriya nömrələrinə sahibdirlər. Smartfonların texniki göstəricilərindən belə qənaətə gəlmək olar ki, onlar bir smartfon modelinin iki versiyasıdır. Bu barədə Gagadget saytı xəbər verib.
Beləliklə məlumata əsasən Smartfon HD+ keyfiyyətli 6.4 düym AMOLED ekran, 1.8 GHz tezlikdə çalışan prosessor, 4/8 və ya 6 GB RAM, 64 və ya 128 GB daxili yaddaş həcmi, 13 MP + 5 MP + 3 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 4900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Maraqlısı ondadır ki, bu iki smartfon versiyasının ölçüləri fərqlidir. Lakin onlar eyni çəkiyə sahibdirlər. Smartfonların seriya nömrələrindən belə qənaətə gəlmək olar ki, onlar Galaxy A seriyasına daxil olacaqlar. Konkret olaraq Galaxy A30-a. Galaxy A30 adlı smartfon artıq təqdim olunub. Buna görə də heç istisna deyil ki, yeni smartfon Galaxy A35 və ya Galaxy A30e adlanacaq,