Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Samsung Çində smartfon istehsalını dayandırır

Samsung Çində smartfon istehsalını dayandırır

89
Paylaş

Reuters agentliyi Samsung şirkətinə istinadən xəbər verir ki, o, Çində mobil telefonlar istehsalını dayandırmaq qərarına gəlib. Buna səbəb kimi yerli smartfon istehsalçıları ilə rəqabətin artması və Çində baş verən iqtisadi tənəzzül göstərilir.

Zavod Quandun əyalətində, Xueyçjou şəhərində yerləşir.  İyunda Samsung istehsalın azalması və əmədaş sayında ixtisarla bağlı xəbər vermişdi. 2018-ci ildə korporasiya smartfon istehsal edən digər çin zavodlarında istehsalı dayandırıb. Counterpoint şirkətinin araşdırmasına görə, Samsung-un çin bazarındakı payı 1%-ə enib. 2013-cü ildə bu göstərici 15%-ə çatıb. Cape Investment & Securities analitikinin sözlərinə görə, Samsung yəqin ki, bazardakı payını bərpa edə bilməyəcək. O deyib ki, Çində insanlar yerli brendlərin ucuz smartfonlarını və Apple və ya Huawei-in bahalı telefonlarını alırlar.