Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Samsung” 70 ölkədə “Galaxy Note 10” smartfonlarının satışına başlayır

“Samsung” 70 ölkədə “Galaxy Note 10” smartfonlarının satışına başlayır

188
Paylaş

“Samsung Electronics” kompaniyası avqustun 23-də 70 ölkədə “Galaxy Note 10” smartfonlarının satışına başlayır.

Bu barədə korporasiyanın mətbuat xidməti məlumat yayıb.

“Avqustun 23-də fablet Cənubi Koreya, ABŞ, Rusiya da daxil olmaqla, Avropa, həmçinin Cənub-şərqi Asiya ölkələrində satışa çıxarılacaq”, – deyə kompaniyanın bəyanatında bildirilir.

Bir qədər öncə “Samsung” 1 milyondan çox koreyalının “Galaxy Note 10” smartfonuna öncədən sifariş verdiyi və bunun 2018-ci ildə buraxılan əvvəlki model “Note 9” smartfonlarına qabaqcadan verilən sifarişlə müqayisədə iki dəfə çox olduğu barədə məlumat yaymışdı.

Cənubi Koreyada 6,3 düym ekranlı “Galaxy Note 10” smartfonlarının qiyməti 1,2 milyon von (1025 dollar), 6,8 düym ekranlı modellərin qiyməti isə 1,5 milyon von (1250 dollar) təşkil edir. Bu, “Samsung” kompaniyasının yeni 5G standartını dəstəkləyən ikinci smartfon modelidir.