Samsung 13,3 dyüm ekranlı Galaxy Book S noutbukunu təqdim edib. Windows 10-un idarəsi altında olan bu cihaz mobil cihazlar üçün Qualcomm Snapdragon 8cx prosesorunda işləyir.
Noutbuk 1 Tb daxili və 8 Gb əməli yaddaşa malikdir. Cihaz çox toxunuşlu ekran və ekranın işığını avtomatik tənzimləyən işıqlandırma datçiki ilə təchiz olunub.

USB Type-C köməyi ilə enerji yığır – enerji yığımı üçün Galaxy Note 10-dan olan enerji cihazından da istifadə etmək olar. Noutbukun çəkisi 1 kq-a yaxındır.
Cihaz 2019-cu ilin sentyabrında satışa çıxarılacaq və qiyməti 999 dollar olacaq. O, iki rəngdə təqdim olunacaq – Earthy Gold və Mercury Gray.