Bir müddət bundan əvvəl 2017-ci ilin ilk rübünə olan maliyyə hesabatları ilə bağlı gözləntilərini paylaşan Samsung yanvar-mart ayları ərzində hesabatları açıqlayıb. Gözləntilərində yanılmayan Samsugnun gəliri 44.7 milyard, xalis mənfəəti isə 8.7 milyard dollara qədər artıb. Bu Samsungun tarixində ilk rübdə qazandığı ən yüksək məbləğdir.
Ötən il bu rəqəm 5.88 milyard dollar olub.