Samir Şərifov: “Azərbaycan beynəlxalq təşkilatların donoru qismində – 7 MİLYON DOLLAR AYIRACAQ”

Date:

Paylaş:

“Prezident İlham Əliyevin tapşırığı ilə gələn il Azərbaycan bir sıra beynəlxalq təşkilatların donor ölkəsi olacaq”.

Bizplus.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Azərbaycanla Asiya İnkişaf Bankı (AİB) arasında əməkdaşlığın 20-ci il dönümünə həsr olunmuş tədbirdə deyib.

“Bu da Azərbaycanın beynəlxalq inkişafa töhfəsidir”, – deyən nazir Azərbaycanın AİB nəzdindəki Asiya İnkişaf Fondunda donor qismində iştirak edəcəyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsində üç beynəlxalq təşkilatda iştirak etmək üçün 7 milyon dollarlıq vəsait nəzərdə tutulur: “Avropa Yenidənqurma və İnkişaf Bankında iştirak etmək üçün 2 milyon dollar, Asiya İnkişaf Fondunda iştirak etmək üçün 2 milyon dollar, Beynəlxalq İnkişaf Assosiasiyasında iştirak etmək üçün isə 3 milyon dollar ayrılacaq”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...