İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şamaxı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
SKMF Şamaxı rayonunun Sabir qəsəbəsində işgüzar forum keçirib.
İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Şamaxı rayonu üzrə sahibkarlıq subyektlərindən taxılçılıq, cins heyvandarlıq, üzümçülük, kartofçuluq, arıçılıq, bağçılıq və badam əkini təsərrüfatlarının, həmçinin süd emalı müəssisəsinin və otelin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.