Əsas səhifə Xəbərlər Digər xəbərlər “Salyan Oil” işçiləri etiraz aksiyası keçiriblər

“Salyan Oil” işçiləri etiraz aksiyası keçiriblər

63

Yanvarın 15-də “Salyan Oil” əməliyyat şirkətinin işçiləri etiraz aksiyası keçiriblər. Onlar əmək haqlarının artırılmasını tələb ediblər.

Bizplus.az xəbər verir ki, şirkətin 200-ə yaxın əməkdaşı ofisin önünə toplaşaraq ayda 400-500 manata yaşamağın mümkün olmadığını bildiriblər. Bunu işçilər deyiblər.

“Salyan Oil” şirkəti onlara vəd verib ki, yanvarın 1-dən maaşları artırılacaq.

Qeyd edək ki, sözügedən şirkət Azərbaycan-Çin birgə müəssisəsidir. Təsisçiləri SOCAR və SNPC-dir.