Mehriban, təvazövakar və səmimi milyarder: Sakıp Sabancı

Date:

Paylaş:

Sakıp Sabancı kimdir?

Sakıp Sabancını bəlkədə Türkiyənin ən tanınmış şəxslərindən biri kimi qələmə vermək olar. Bu populyarlığı isə o, sərvətindən başqa əsas xalqa yaxın olmağı, təvazökarlığı və mehriban xarakteri ilə qazanıb. Sakıp Ağa olaraq tanınan, Türkiyənin say-seçmə varlılarından olan Sakıp Sabancını biraz daha yaxından araşdırdıq.
Sakıp Sabancı 7 Aprel 1933-cü ildə, Kayseri vilayətinin Akçakaya qəsəbəsində, Sadıka və Hacı Ömər Sabancı cütlüyünün altı övladının ikincisi olaraq dünyaya göz açıb.

Ailəsi bir müddət sonra Adana bölgəsinə köç edib. Sakıp Sabancının uşaqlığı olduqca çətin şəraitdə, atasının aşağı gəliri ilə dolandırmağa çalışdığı kərpic bir evdə keçib. Bu evdə ata-anası, qardaşları Hacı, Özdəmir, Erol, Şevket və İhsan Sabancı ilə yanaşı həm də nənə və babası da qalırdı.

71 illik həyatında saysız hesabsız uğurlar və mükafatlar qazanan Sakıp Sabancı geridə sadəcə öz adını deyil, onu sevən milyonlarca insan qoydu. Çünki yaşadığı müddətdə bir çox fondların və təhsil müəssisələrinin qurulmasına yardım etməklə yanaşı öz səmimi və mülayim xarakteri, mehriban ünsiyyəti ilə hamının qəlbində öz yerini tutmuşdu.

Belə ki, atasının adına qurulmuş olan “Hacı Ömer Sabancı Vakfı” hesabına, Türkiyənin 53 yaşayış yerində 100-dən çox daimi təhsil, idman və sağlmalıq mərkəzlərinin açılmasını təmin etmişdi. Ömrü boyu ölkəsinə xüsusəndə böyüdüyü şəhər olan Adanaya və eyni zamanda Adana əhalisinə kömək göstərmiş və onların rahatlığını təmin edəcək işlər görmüşdür.

Sakıp Sabancının təhsil həyatı

Uşaqlığını Adanada keçirən Sakıp Sabancı, ibtidai təhsilini “Adana İsmet İnönü İlköğretim Okulu”-da alıb. Orta təhsilini davam etdirdiyi müddətdə ardıcıl olaraq 3 dəfə sətəlcəm olduğuna görə 1948-ci ildə təhsil həyatına son vermişdir.

Təhsil həyatına məcburən son verən Sakıp Sabancı gənc yaşlarında iş həyatına başlamalı olub. Bu müddətdə isə ailəlikcə atıq İstanbula köçmüş və burda yaşamağı qərara almışdılar. Sabancı ilk gəlirini “Akbank”-da stajorluq edərək qazanmışdı. 25 lirə aylıq məvaciblə çalışdığı bu işdə hesab maşını, yazı maşını, müxtəlif çeklərin yazılması kimi gələcəkdə öz işinə yarayacaq biliklərə sahiblənmişdi.

Daha sonra bu işindən ayrılaraq “Bossa Un Fabrikası”-da xəzinədar olaraq işləməyə başladı. Artıq, 1955-ci ildə isə şirkətin ticarət müdiri olmuşdu. Başlanğıcdan etibarən həyat yolunda sürətli addımlarla irəliləyən Sabancı, 2 il sonra yenə eyni Fabrikə Baş Direktor təyin olunmuşdu.

Sakıp Sabancının iş həyatı

Sakıp Sabancı 1966-cı ildə polyester və iplik fabriki olan SaSa’nı yaratdı. Həmin il atasını itirdikdən sonra, qardaşlarıyla birlikdə 1967-ci ildə Hacı Ömər Sabancı AŞ.’ni qurdu və buranın İdarə heyəti başçılığı vəzifəsini öz üzərinə götürdü. Sabancının qurduğu fabriklər şəbəkəsi bu tarixdən sonra sürətlə böyüməyə başladı. 1974-cü ildə İzmit Köseköydə Lassa fabriki, 1981-ci ildə Londonda Ak International Bank quruldu. Bu bankın xüsusiyyəti isə Türk sərmayəsi ilə xaricdə açılmış ilk Türk bankı olması idi.

1989-ci ildə TÜSİAD İdarə heyəti Başçısı olan Sakıp Sabancı, 1994-ci ildə Toyotasa zavodunun açılışını etdi. 1997-ci ildə Danone firması ilə yarı yarıya ortaqlıq quraraq DanoneSa’nın qurulmasını təmin etdi. Bunlarla yanaşı Bridgestone, Dupont, Philip Morris, Kraft Foods International və Carrefour kimi dünya nəhəngi bir çox marka ilə ortaqlıq qurub, Sabancı adını bütün dünyaya tanıtdı.

1999-cu ildə Sabancı Universitetini quraraq ölkəsinə etdiyi investisiyalarla xeyriyyəçi və mehriban xarakteri sayəsində Türk millətinin sevgisini qazanmağı bacardı.

2004-cü ildə qaraciyərində yaranan problem üzündən həyatını itirdi. Dəfn mərasiminə 100.000 insan qatıldı.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...