“Sahibkarlıq subyektlərinin fəaliyyətində maneçilik törədən yoxlama olmayacaq”

Date:

Paylaş:

Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı təlim mərkəzləri yaradılacaq.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə müsahibəsində deyib.

“Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti üç istiqamətdə həyata keçiriləcək. Agentlik qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət nəzarətini həyata keçirəcək. Eyni zamanda, agentlik qida təhlükəsizliyi sahəsində risklərin idarə olunması, hazır qida məhsullarının sertifikatlaşdırılması və qeydiyyata alınması istiqamətində fəaliyyət göstərəcək. Təftiş və yoxlamaların həyata keçirilməsi, sahibkarlıq subyektlərinin fəaliyyətində maneçilik törədən yoxlama olmayacaq. Bu yoxlama və təftiş sahibkarlıq subyektlərinə yardım və dəstək formatında həyata keçiriləcək”, – deyə Qoşqar Təhməzli vurğulayıb.

Agentliyin Bakıda və regionlarda bölmələrinin fəaliyyətə başlayacağını deyən Q.Təhməzli qeyd edib ki, əməkdaşlarımız qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq normaları və beynəlxalq standartları təşviq və təbliğ edəcəklər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...