Sahibkarların yeni hüquqları müəyyən edildi

Date:

Paylaş:

Azərbaycanda turizm sənayesi işçiləri və sahibkarlar üçün hüquqlar müəyyən edilib.

Bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan, tövsiyə xarakterli “Turizm sənayesi nümayəndələrinin etik kodeksi”ndə öz əksini tapıb.

Sənədə əsasən, turizm və əlaqəli sahələrin işçiləri lazımi ilkin təlim keçmək və öz ixtisas dərəcəsini daim yüksəltmək hüququna malikdirlər və bunu etməyə borcludurlar. Bu kateqoriyadan olanlar layiqli sosial təminata malik olmalıdırlar, onların məşğulluğunun etibarlılığını maksimum yüksəltmək lazımdır. Sektorun mövsümi işçiləri üçün sosial müdafiə baxımından xüsusi status təklif olunmalıdır.

Kodeksdə bildirilir ki, zəruri qabiliyyət və ixtisasa malik bütün fiziki və hüquqi şəxslər qüvvədə olan milli qanunvericiliklər çərçivəsində turizm sahəsində peşəkar fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər:

“Sahibkar və investorlar, xüsusilə də kiçik və orta müəssisələri təmsil edənlər minimal hüquqi və inzibati məhdudiyyətlərlə turizm sektoruna sərbəst çıxışa malik olmalıdırlar.

Turizm sənayesinin beynəlxalq mübadilələrin inkişafı və dinamik yüksəlişi işində əvəzolunmaz həmrəylik amili olan çoxmilli şirkətlər bəzən tutmuş olduqları hakim mövqedən sui-istifadə etməməlidirlər”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...