Sahibkarların ödəməli olduğu – VERGİLƏR

Date:

Paylaş:

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin çox hissəsi hansı vergiləri verməli olduqları barədə az məlumatlı yaxud məlumatsız olur.Sahibkarların hansı vergiləri verməsi ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, “Fiziki şəxs və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericilikdə Mülki Məcəllənin 24 müddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.

Vergi Məcəlləsinin 13.2.3 maddəsinə əsasən fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs sayılır.Mülki Məcəllənin 43 maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Vergi Məcəlləsinin 13.2.2. maddəsinə əsasən hüquqi şəxs – Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır. Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarına əsasən sahibkarlıq 4 hissəyə bölünür: mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri.

Sahibkarlıq subyektləri ölçüsünə görə, İşçilərinin orta siyahı sayı sayına görə, İllik gəlirlərinə görə bir-birindən fərqlənirlər.

Mikro sahibkarlıq – işçi sayı 1-10 nəfər – illik gəliri 200 000 manatadək

Kiçik sahibkarlıq – işçi sayı 11-50 nəfər – illik gəliri 200 000 – 3000 000 manatadək

Orta sahibkarlıq – işçi sayı 51 – 250 nəfər – illik gəliri 3000 000 – 30 000 000 manatadək

İri sahibkarlıq – işçi sayı 251 nəfərdən çox – illik gəliri 30 000 000 manatdan çox olan subyektlərdir.

İllik gəlir deyiləndə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Misal: A mikro sahibkarın 2019-cu ildə gəliri 3 000 000 amma işçi sayı 5 nəfər olub. Baxmayaraq ki, işçi sayı mikro sahibkarlığa aiddir, illik gəliri yüksək olduğundan növbəti ildən yəni 2020-ci ildən orta sahibkarlıq subyekti kateqoriyasına aid ediləcək.

A orta saibkarın 2019-cu ildə gəliri 20 000 000 manat olub, işçi sayı 300 nəfər olub. Baxmayaraq ki, gəlirinə görə orta sahibkarlıq subyektinə aiddir, işçi sayı yüksək olduğundan 2020-ci ildən iri sahibkarlıq subyekti kateqoriyasına aid ediləcək.Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

Misal: A şəxs 2019-cu ildə VÖEN alaraq sahibkarlıq fəaliyyətinə başlayıb. İllik gəliri 3000 000 manatdır, amma işçilərin sayı 10 nəfərdir. Baxmayaraq ki, orta sahibkarlıq kateqoriyasına düşür, işçi sayı mikro sahibkarlıq kateqoriyasına düşdüyündən 2020-ci ildə mikrosahibkarlıq subyeki kimi fəaliyyət göstərəcək. Amma növbəti illərdə yəni 2021-ci il və s. ən yüksəyi nəzərə alınacaq. Gəliri çoxdursa gəliri, işçi sayı çoxdursa işçi sayı nəzərə alınaraq ketoqoriyası müəyyənləşəcək”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...