Sahibkarların maarifləndirilməsi ilə kim məşğul olur?

Date:

Paylaş:

Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində sahibkarların təşəbbüskarlığı və hüquqi biliklərinin artırılmasına, yeni iqtisadi şəraitdə müasir təcrübənin mənimsənilməsi və artırılmasına istiqamətlənmiş kompleks tədbirlərin reallaşdırılması
da sahibkarlıq sektorunun inkişafının mühüm istiqamətlərindəndir.

Bununla əlaqədar, sahibkarların təcrübə keçmə, ixtisasartırma tələblərinin ödənilməsi və yenidən hazırlanması, onların maarifləndirilməsi,hüquqi və iqtisadi biliklərinin artırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirilməsi
məqsədilə 01 avqust 2007-ci ildə İqtisadi İnkişaf Nazirliyinin tabeliyində Bakı Biznes Tədris Mərkəzi  (BBTM) yaradılmışdır.

Mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi və regionlarda genişləndirilməsi məqsədi ilə 6 rayonda (Gəncə, Qazax, Yevlax, Göyçay, Lənkəran, Şəki) mərkəzin nümayəndəlikləri yaradılmışdır.

Sahibkarlığın biznes mərkəzlərinin yaradılmasında məqsəd ölkədə sahibkarlığın inkişafının informasiya, təlim və konsaltinq mərkəzləri sisteminin formalaşdırılması vasitəsilə sahibkarların bu sahələrdə tələbatlarının dolğun ödənilməsi, xüsusilə regionlarda işgüzar aktivliyin artırılmasından ibarətdir. Beynəlxalq standartlara cavab verən səviyyədə vəzifələrin yerinə yetirilməsini təşkil etmək, yaradılmış nümayəndəliklərin fəaliyyətini gücləndirmək, işgüzar adamların öz biznesinə başlaması, müəssisələrin səmərəli idarə olunması istiqamətində zəruri biliklərin verilməsini təmin etmək məqsədi ilə Bakı Biznes Tədris

Mərkəzi tərəfindən sistemli tədbirlər həyata keçirilməkdədir.
Bununla yanaşı, Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında Memorandum imzalanmışdır. Memorandum çərçivəsində “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı”nın icrası İqtisadi İnkişaf Nazirliyinin Bakı  Biznes Tədris Mərkəzinə və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin “InWent” təşkilatına həvalə edilmişdir. Sənədə əsasən, Azərbaycanın özəl sektorunda biznesin idarə olunması sahəsində fəaliyyət göstərən kadrların Almaniyada tədris və təcrübə keçməsinə, onların beynəlxalq təcrübə toplamasına, alman şirkətləri ilə birbaşa əlaqələrin qurulmasına, peşəkar və mədəni
dünyagörüşlərinin artırılmasına şərait yaratmaqdır.

Bakı Biznes Tədris Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakı strateji məqsədlərdə formalaşdırılmışdır:

-Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin və beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların aşılanması istiqamətində sistemli, planauyğun və davamlı fəaliyyətin təşkili və həyata keçirilməsi;

-Sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və məsləhət xidmətlərinin göstərilməsi;

Bakı Biznes Tədris Mərkəzinin fəaliyyəti haqqında daha ətraflı məlumatı Mərkəzin www.bbtc.az internet
səhifəsindən əldə edə bilərsiniz.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...