Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 28 sentyabr 2002-ci il tarixli Fərmanına əsasən, dövlət orqanları
tərəfindən (vergi orqanları istisna olmaqla) sahibkarlıq subyektlərində yoxlamalar qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda yalnız Azərbaycan Respublikası İqtisadi
İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilə bilər. 2011-ci ilin yanvar-may aylarında dövlət orqanlarının müraciəti əsasında 2853 sahibkarlıq subyektində keçiriləcək
yoxlamalarda iştirak məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi ayrılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi
barədə 2011-ci il 15 fevral tarixli Fərmanına əsasən 1 may 2011-ci il tarixindən müəyyən olunmuş qaydada reallaşdırılan hər bir dövlət nəzarət tədbirinin reyestrdə qeydiyyata alınması
eyni vaxtda bir sahibkarlıq subyektində müxtəlif yoxlamaların aparılmasının qarşısının alınmasına, konkret məsələ üzrə aparılan araşdırmaların tezliyinə nəzarət etməyə, həmçinin sahibkarlıq subyektlərinin öncədən aparılacaq yoxlama və 5 iş günü müddətində reallaşdırmış nəzarət tədbirinin nəticələri haqqında məlumatlanmasına şərait yaradır. Digər tərəfdən isə hər 3
aydan bir sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə, reyestrdə qeydiyyata alınmış məlumatlar üzrə Azərbaycan Respublikası Prezidentinə və Nazirlər Kabinetinə hesabatın təqdim
olunması dövlət orqanlarının bu sahədəki fəaliyyətinə nəzarət mexanizmini gücləndirəcəkdir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi isə sahibkarlıq
subyektlərində aparılan dövlət nəzarəti tədbirlərinin keyfiyyətinin və səmərəliliyinin daha da yüksəldilməsi ilə yanaşı ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə
ciddi töhfə verəcəkdir. Həmçinin aparılan nəzarət tədbirlərinin sistemliliyinin təmin edilməsinə,hər bir dövlət orqanının sahibkarlıq subyektlərində həyata keçirdiyi nəzarət tədbirlərinin
dairəsinin, dövlət nəzarət tədbirlərində dövlət orqanlarının və sahibkarlıq subyektlərinin hüquqlarının (və vəzifələrinin), yoxlamaların keçirilmə tezliyinin müəyyənləşdi-rilməsinə şərait
yaradacaqdır.
Sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılmasının səmərəliliyini artırmaq məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə “Nəzarət Kitabçası” haqqında Əsasnamə” təsdiq edilmişdir. Bu sənəd “Nəzarət Kitabçası”nın tətbiqinin işlək mexanizmini və onun nəticələrinin təhlilini nəzərdə tutur. Sənədə əsasən, sahibkarlıq subyektlərində yoxlamalar Nəzarət Kitabçasında qeydiyyat aparıldıqdan sonra başlaya bilər və yoxlamanın sonunda yoxlama ilə bağlı müvafiq məlumatlar tam şəkildə Kitabçaya yazılmalıdır. 2011-ci ilin yanvar-may aylarında 20884 sahibkarlıq subyektinə Nəzarət Kitabçası paylanılmışdır.
Sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılmasının səmərəliliyini artırmaq məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə “Nəzarət Kitabçası” haqqında Əsasnamə” təsdiq edilmişdir. Bu sənəd “Nəzarət Kitabçası”nın tətbiqinin işlək mexanizmini və onun nəticələrinin təhlilini nəzərdə tutur. Sənədə əsasən, sahibkarlıq subyektlərində yoxlamalar Nəzarət Kitabçasında qeydiyyat aparıldıqdan sonra başlaya bilər və yoxlamanın sonunda yoxlama ilə bağlı müvafiq məlumatlar tam şəkildə Kitabçaya yazılmalıdır. 2011-ci ilin yanvar-may aylarında 20884 sahibkarlıq subyektinə Nəzarət Kitabçası paylanılmışdır.
Sahibkarların hüquqlarının dövlət tərəfindən qorunmasının digər bir aspekti sahibkarlarla dövlət arasında operativ əlaqə mexanizminin qurulmasıdır. Bu sahədə sahibkarlar İqtisadi İnkişaf
Nazirliyinin www.economy.gov.az internet səhifəsindən istifadə etməklə sahibkarlıq fəaliyyəti üçün zəruri olan biliklərlə yanaşı, Azərbaycanda biznes sahəsində mövcud qanunvericilik aktları
barədə ətraflı məlumat əldə edə bilərlər.
Bundan başqa, sahibkarlar onları maraqlandıran suallarla İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə müraciət edə bilərlər.