Sahibkarlar Vladivostokda keçiriləcək sərgilərdə iştiraka dəvət olunurlar

0
896

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr Rusiyanın Vladivostok şəhərində keçiriləcək sərgilərdə iştiraka dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, martın 15-17-də Vladivostokda “Dalagro. Qida” XIX Beynəlxalq Kənd Təsərrüfatı və Ərzaq Sərgisi və aprelin 26-28-də “Şəhər” XXV Beynəlxalq İnşaat Sərgisi keçiriləcək. Sərgilərdə 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.