Sahibkarlar üçün “dizayn” edilmiş Xüsusi Bank Kartları

Date:

Paylaş:

Banker.az monitorinq qrupunun bugünkü araşdırma mövzusu sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün nəzərdə tutulmuş Bank kartlarıdır. Bu kartların digər Bank kartlarından üstün və fərqli cəhətləri mövcuddur ki, bu yazımızda həmin məqamlara toxunmağa çalışacağıq. İlk öncə qeyd edək ki, bu kartlar bəzi banklarda yalnız debet bəzilərində isə kredit kart şəklində təklif edilir. Kart sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki / hüquqi şəxslər üçün nəzərdə tutulduğundan kart hesabı açılması zamanı mütləq olaraq VÖEN tələb edilir. Bu tip kartlar üzrə təqdim olunan üstünlükləri ümumiləşdirərək aşağıdakı şəkildə qeyd etmək olar;

  1. Bu kartlar biznes fəaliyyəti ilə bağlı olan ödənişlərin (məs: gömrük ödənişləri) həyata keçirilməsində istifadəçilərinə bəzi güzəştlər verir.
  2. Sahibkarlara bank hesablarına 7 / 24 daim nəzarət etmək, ödənişlər və köçürmə etmək imkanı verir.
  3. Bəzi kart növlərində ATM-lərdən güzəştli nağdlaşma komissiyası tətbiq edilir.
  4. Sahibkarlara hesabatlıq sistemlərini sadələşdirməyə imkan verir.
  5. Pul dövriyyəsinin yalnız “nağdsız” formada aparılması biznes fəaliyyətinin şəffaflığını təmin edir və gələcəkdə vergi və digər dövlət orqanlarına təqdim edilən hesabatların dolğun olmasını təmin edir.
  6. Şirkət əməkdaşlarının ezamiyyə xərclərinin rahat şəkildə ödənilməsinə imkan verir və s.

Sahibkarlar üçün nəzərdə tutulmuş bank kartlarını təqdim edən Banklar və kart tarifləri aşağıdakı cədvəldə qeyd edilmişdir:

Bank Kartın adı Valyuta Kartın növü Kartın müddəti Kartın qiyməti
Bank of Baku İşkart (Debet) AZN/USD/EUR MC Standart / Visa Classic 1 il / 2 il 1 il – 8 AZN

2 il – 14 AZN

MC Gold / Visa Gold 1 il / 2 il 1 il – 20 AZN

2 il – 30 AZN

Paşa Bank Tacir Kart (Kredit) AZN MasterCard Business 3 il 40 AZN
Rabitə Bank Bizkart

(Debet)

AZN/USD/EUR MC Gold 1 il / 2 il / 3 il 1 il – 30 AZN (20 USD/EUR)

2 il – 35 AZN (25 USD/EUR)

3 il – 45 AZN (30 USD/EUR)

MC Debit 1 il / 2 il / 3 il 1 il – 10 AZN / USD / EUR

2 il – 15 AZN / USD / EUR

3 il – 20 AZN / USD / EUR

Beynəlxalq Bank Sahibkart

(Debet)

AZN MC Standart / Visa Classic 1 il 10 AZN

Qeydlər:

  1. Bank of Bakunun “İşkart” məhsulunda ATM nağdlaşdırma komissiyasına 50% güzəşt tətbiq edilərək 0.5% müəyyən edilmişdir.
  2. Paşabank-ın “Tacir Kart” məhsulunda kredit xəttindən istifadə zamanı 35 günədək (növbəti ayın 5-dək) güzəşt müddəti tətbiq edilir.
  3. Beynəlxalq Bankın “Sahib kart” məhsulunda gündəlik nağdlaşma limiti 2000 AZN təşkil edir və nağdlaşma komissiyası 1.5%-dir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...