Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr Qaqauziyada keçiriləcək beynəlxalq sərmayə forumuna dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, noyabrın 4-5-də Qaqauziyada “İnvest Qaqauziya-2017” III beynəlxalq sərmayə forumu keçiriləcək.
Bu il Qaqauziyada azad sahibkarlıq zonası statuslu iki yeni investisiya meydançası açılıb. Ötən ildən muxtariyyət ərazisində investisiyalar haqqında regional qanun qüvvədədir. Bunlar regionu ixrac, sənaye istehsalı və investisiya qoyuluşu baxımından cəlbedici edir. İştirakçılar investisiya forumunda region haqqında, eləcə də investisiya imkanları barədə məlumatlar əldə edə biləcəklər.