Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr Küveyt şəhərində keçiriləcək ticarət sərgisinə dəvət olunurlar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, gələn il fevralın 6-da Küveytdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin ticarət sərgisi təşkil olunacaq. Fevralın 10-dək davam edəcək sərgi Küveytin Ticarət və Sənaye Nazirliyi və Ticarətin İnkişafı üzrə İslam Mərkəzinin (TİİM) təşkilatçılığı ilə keçiriləcək