Azərbaycanda fəaliyyət göstərən sahibklarlar və iş adamları Həştərxanda keçiriləcək beynəlxalq tədbirə dəvət olunublar.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 15-də Beynəlxalq “İxracatçılar Forumu 2017” keçiriləcək. Tədbirin keçirilməsində məqsəd Həştərxan vilayətinin və xarici işgüzar tərəfdaşların kiçik və orta sahibkarlıq subyektləri arasında ticarət əlaqələrinin qurulmasına dəstək göstərməkdir.
Tədbirin təşkilat komitəsi 5 azərbaycanlı iştirakçı üçün Bakı-Həştərxan-Bakı istiqamətində hərəkəti, mehmanxanada üçgünlük qalma və proqram çərçivəsində daxili nəqliyyat xərclərinin qarşılanmasını öz üzərinə götürür.