Əsas səhifə Biznes sahələri Konfrans və sərgi Sahibkarlar Həştərxanda Beynəlxalq “İxracatçılar Forumu 2017”yə dəvət olunublar

Sahibkarlar Həştərxanda Beynəlxalq “İxracatçılar Forumu 2017”yə dəvət olunublar

785
Paylaş

Azərbaycanda fəaliyyət göstərən sahibklarlar və iş adamları Həştərxanda keçiriləcək beynəlxalq tədbirə dəvət olunublar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 15-də Beynəlxalq “İxracatçılar Forumu 2017” keçiriləcək. Tədbirin keçirilməsində məqsəd Həştərxan vilayətinin və xarici işgüzar tərəfdaşların kiçik və orta sahibkarlıq subyektləri arasında ticarət əlaqələrinin qurulmasına dəstək göstərməkdir.

Tədbirin təşkilat komitəsi 5 azərbaycanlı iştirakçı üçün Bakı-Həştərxan-Bakı istiqamətində hərəkəti, mehmanxanada üçgünlük qalma və proqram çərçivəsində daxili nəqliyyat xərclərinin qarşılanmasını öz üzərinə götürür.