Əsas səhifə Biznes sahələri Konfrans və sərgi Sahibkarlar Çində keçiriləcək əmtəə yarmarkasına dəvət olunurlar

Sahibkarlar Çində keçiriləcək əmtəə yarmarkasına dəvət olunurlar

562
Paylaş

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Çində keçiriləcək əmtəə yarmarkasına dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildiriblər ki, oktyabrın 21-də Çinin İvu şəhərində XXIII “Beynəlxalq Çin İvu Əmtəə” yarmarkası keçiriləcək. Yarmarka oktyabrın 25-dək davam edəcək.

Qeyd edək ki, 1995-ci ildən başlayaraq İvu şəhərində keçirilən yarmarka Çinin ən böyük yarmarkalarından biri hesab olunur.