“Sahibkarların düşdüyü ağır vəziyyətdən çıxması üçün müqavilə öhdəliklərinin yerinə yetirilməsində güzəştlər edilməsini, qanunvericilikdə epidemiyanın fors-major məqamlara aid edilməsini, vergi tətillərinin elan edilməsini vacib sayıram”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib. O bildirib ki, vergi tətilləri çox qısa müddət üçün vacibdir.
Deputat R. Nurullayev Azərbaycanda tibbə aid sahələrin inkişafına ehtiyac yarandığını vurğulayıb: “İmişli rayonunda 400-ə yaxın tibbi personala ehtiyac var. Bu ehtiyacdan çıxış edərək deyirəm ki, Tibb Universitetinin bir sıra rayon və şəhərlərdə filialının açılması lazımdır”.
Millət vəkili Nigar Arpadarai isə qeyd edib ki, turizm və xidmət sahəsini təmsil edən sahibkarlar ciddi problemlə üzləşiblər: “Yaranan vəziyyətdə sahibkarları dəstəkləməyin yolları ilə bağlı düşünməliyik”.