Əsas səhifə Biznes sahələri Konfrans və sərgi Sahibkarlar Bratislavada keçiriləcək sərgiyə dəvət olunurlar

Sahibkarlar Bratislavada keçiriləcək sərgiyə dəvət olunurlar

613
Paylaş

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Bratislavada keçiriləcək sərgiyə dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Azertaga bildiriblər ki, sentyabrın 19-da Bratislavada “The Slovak Matchmaking 2017” sərgisi açılacaq. Bu sərgi Slovakiya İnvestisiya və Ticarət İnkişaf Agentliyi (SARIO) tərəfindən təşkil edilən ən böyük beynəlxalq “business to business” (B2B) modeli əsasında keçirilən tədbirdir.

Sözügedən tədbir fərdi şirkətlərin ikitərəfli danışıqları, eləcə də tərəfdaşlıq təklifləri, tenderlər, mövcud istehsal imkanları, xarici tərəfdaşlarla birgə müəssisələrin yaradılması mövzuları üzərində fokuslanıb.