Əsas səhifə Xəbərlər Biznes xəbərləri Sahibkar qadınlar təlimə dəvət edildi – İştirak etmək istəyənlərin NƏZƏRİNƏ

Sahibkar qadınlar təlimə dəvət edildi – İştirak etmək istəyənlərin NƏZƏRİNƏ

70

Sizin dərzi, bərbər, vizajist, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, tikiş, dizayner və başqa peşələr üzrə bilik və bacarıqlarınız varsa, bu bacarıqlardan istifadə edib öz biznesini qura bilərsiniz.

Bununla əlaqədar olaraq Sizi “Sahibkarlığın əsasları” mövzusunda təlimə dəvət edirik. Təlim Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ilə birgə  həyata keçirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində keçirilir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən layihənin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.

Yekunda təlimdə iştirak edən və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi (qrant) ayrılacaqdır.

Təlimdə iştirak etmək istəyən xanımlardan https://sahibkarliq.typeform.com/to/SuB2H5  qeydiyyatdan keçmələri tələb olunur.

Son müraciət tarixi: 9 noyabr, 2018-ci il 18:00-dək.