Əsas səhifə Xəbərlər Xarici xəbərlər Sahibkar Məhəmməd Musayev mediastartaplara dəstək fondu yaradıb

Sahibkar Məhəmməd Musayev mediastartaplara dəstək fondu yaradıb

140
Paylaş

“Forbes” jurnalının Rusiya üzrə sahibkarı Məhəmməd Musayev vençur fond yaratması barədə bildirib. Bu, “Media Acceleration Fund” adlı mediastartaplara dəstək fondudur.

Fond təzə başlayan layihə və startaplara dəstək olacaq. Bu barədə Musayev deyib.

“Şirkət mediabazarda olan gəlirli layihələrə yatırım edib onları inkişaf etdirməyi öyrənməlidir” , deyə, Musayev əlavə edib.

Hələ ki, fondun həcmi və investisiya planları açıqlanmır. Yaradılan fond “Forbes Russia”nın əsas biznesini tamamlayacaq.

Qeyd edək ki, fond beş ildən sonra, biznes-auditoriya üçün olan onlarla məhsulu vahid ekosistemdə birləşdirən multimediya platformasına çevrilmək niyyətindədir.