“Şahdağ”da 30 qəpiklik suyun 5 manata satılması barədə – AÇIQLAMA

Date:

Paylaş:

“Şahdağ” Turizm Kompleksində 30 qəpiklik “Sirab” suyunun 5 manata satılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirilib.

FED.az xəbər verir ki, Şahdağ Turizm Mərkəzindən verilən məlumata görə, bu məsələ ilə bağlı onlara hər hansı müştəri tərəfindən şikayət daxil olmayıb.

“Şahdağ Turizm Mərkəzi hər zaman rəqabətli və bazar şərtlərinə uyğun qiymətlər təyin etməyə çalışır. Mərkəz ərazisində dünya standartlarında xidmət göstərən 3 ədəd 5 ulduzlu və 1 ədəd 4 ulduzlu otel var. Onlarda müxtəlif qiymətlər mövcuddur.

Qiymətlər göstərilən xidmət səviyyəsinə müvafiqdir. Eyni yanaşmanı əyləncələrdə və restoranlarda da göstəririk. İstər otel daxili, istərsə də oteldən kənarda olan restoranlarda müxtəlif seqmentlərə xitab edən müxtəlif qiymətlər mövcuddur. Mərkəz ərazisində 30-a yaxın restoran mövcuddur. Onlardan bəziləri otel tərəfindən, bəziləri isə üçüncü tərəflər – tərəfdaş şirkətlər tərəfindən idarə olunur.

Tərəfdaşlar təklif etdikləri qiymətləri təyin etməkdə sərbəstdirlər. Qeyd etdiyiniz məsələ ilə bağlı heç bir müştəri şikayəti qəbul etməmişik”, – deyə mərkəzdən daxil olan məlumatda qeyd edilib (FED.az)

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...