Əsas səhifə Tenderlər “Şahdağ Turizm Mərkəzi” tender elan edir

“Şahdağ Turizm Mərkəzi” tender elan edir

213
Paylaş
tender
tender

“Şahdağ Turizm Mərkəzi” Qapali Səhmdar Cəmiyyəti tender elan edir

  • lot 1 – Sərnişinlərin daşınması, nəqliyyatın, eləcə də əlavə ağır texnikanın icarəsi xidmətinin satın alınması
  • lot 2 – Nəqliyyat vasitələrinin təmir işlərinin satın alınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Neftçilər pr. 153 (Port Baku Towers Cənub Qülləsi) (Əlaqələndirici şəxs : TURAL QULUZADƏ AFİQ OĞLU , telefon : 0772773260) ünvanından ala bilərlər.

İştirak haqqı:
  • lot 1 – 500 AZN
  • lot 2 – 250 AZN
Bank rekvizitləri:
  • Hesab: AZ53AİİB33010019444805754148
  • VÖEN: 9900003611
  • Bank: Kapital Bank Qusar filial
  • Kodu: 200480
  • M/H: AZ37NABZ01350100000000001944
  • S.W.İ.F.T: BİK AİİBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
  • 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
  • 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
  • 10. Digər sənədlər: -Müqavilənin yerinə yetirilməsi təminatı- 2% (iddiaçının təklifi 100 000 ABŞ dollar manat ekvivalentindən çox olarsa)

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27.05.2019 16:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 04.06.2019 16:00 qədər Bakı şəhəri, Neftçilər pr. 153 (Port Baku Towers Cənub Qülləsi) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 07.06.2019 17:00 tarixində Bakı şəhəri, Neftçilər pr. 153 (Port Baku Towers Cənub Qülləsi) ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.