Sağlam həyat tərzini öyrədərək pul qazanmaq

Date:

Paylaş:

Sizə Azərbaycanda çox populyar olmayan, lakin perspektivli olan “Detox-terapiya” biznesinden danışmaq istəyirəm. Sağlam qida və orqanizmin təmizlənməsi sizə yalnız uzunömürlülük deyil, həm də stabil gəlir və özünüz təyin edəcəyiniz iş rejimi verə bilər.

İndiki zamanda dünyada sağlam həyat tərzinə xidmət edən biznes qurmaq perspektivli istiqamət sayılır. Sağlam qidanın evlərə və ofislərə çatdırılması da həmçinin yeni, lakin tez inkişaf edən xidmət növüdür.

Detox nədir?

Detoks zehnin, ruhun və bədənin təmizlənməsi deməkdir. Bədənimizi toksinlərdən təmizləyərək sağlığımızı qorumaq, bədənimizdəki mayelərin qatılaşmasının qarşını almaq və bədəndə su tarazlığını qorumaqdır.

Birinci mərhələ – Start

İlk növbədə, sosial şəbəkələrdə səhifə yaratmaq lazımdır. Orada gözəl bədən quruluşu olan xanımların şəkillərini bölüşməklə arıqlama və orqanizmin təmizlənməsi haqqında tövsiyələr vermək olar. Səhifəyə girən və bəyənən insanların sayını artırdıqdan sonra ümumi məşq proqramı və qida gündəliyini dərc etmək olar.

Rəylər gələndən sonra fərdi proqramlar hazırlayaraq bu barədə elanlar yerləşdirmək lazım olacaq. Fərdi proqramın tətbiqi 50 manatdan başlayacaq. İlkin kapital yığıldıqdan sonra artıq internet-reklama pul xərcləmək mümkün olacaq. Müştərilərin müsbət rəyləri, həmçinin, bizim üçün reklam ola bilər.

İkinci mərhələ – Detoks-dəst

Beləliklə, reklam bizə daha çox müştəri gətirəcək və bundan sonra premium-seqmentə keçid edə biləcəyik.

Artıq biz müştərimizin izlədiyi fərdi arıqlama və təmizləmə proqramı deyil, hətta onlara məqsədinə çatmaq üçün hazır yemək setləri  hazırlayacağıq. Həmin yemək reseptlərinə nələr daxildir?

Gündəlik 3 qrin detoks + 5 içəcək: detoks şirə, smuzi və fındıq südü. Yəni, günə 8 içəcək.

Detoks qrin- göyərti, meyvə, tərəvəz və giləmeyvələrin konsetratıdır. Bu içəcəklər toksin və şlakları orqanizmdan çıxaracaq, metabolizmi və hüceyrələrin yenilənməsini normallaşdıracaq. Fındıq südü isə bal ilə fındıq və digər çərəzlərin qarışığıdır. Bu miks orqanizminizi məşqlərdən sonra enerji ilə təmin edəcək.

Bir həftəlik reseptin qiyməti 100 manatdan başlayır.

Üçüncü mərhələ –  Detoks ezamiyyəti

Artıq bizim məsləhətlərimizə inanan və arxasıyca gedən böyük bir auditoriya var. Lakin detoksu ilk növbədə sağlamlaşdırma kimi qəbul etmək lazımdır, arıqlamaq üçün deyil. Adətən detoks-dieta 3-10 gün ərzində davam etməlidir. 10 gündən çox olmaz.

İnsanlar bir işi kollektiv formada görməyi xoşlayırlar. Ona görə də bir qrup eyni vaxtda detoks-dietaya oturanda daha rahat olur, rəqabətlilik hissi verən motivasiya da yüksək olur. Buna görə biz üçüncü mərhələdə xüsusi “Detoks ezamiyyəti” proqramını təqdim edirik. Təbiəti gözəl olan hansısa bir rayonumuzda hotel tuturuq. Orada bir həftə xüsusi reseptlər, fiziki məşğələlər və spa müalicə üsulları ilə detoks proqramını müştərilərimizə təqdim edirik. Komandamızda aşpaz, peşəkər dietoloq və asudə vaxtlarını xoş keçirmək üçün aparıcı olmalıdır.

Proqramda iştirak etmək iştirakçıların sayından asıllı olaraq 500-1500 manat arasında dəyişir. Qiymət minimum olsun deyə müştərilərimizə özünlə dostlarını gətirməyi tövsiyə edəcəyik. Proqramda maksimum 30 nəfər iştirak edə bilər.

Nəticə

Sonunda siz sağlam arıqlama dünyasının “quru”suna çevrilirsiz. Minimum gəliri hesab edək: bir aya 20 individual proqram sizə 1000 manat gəlir gətirəcək. Satılmış 10 set daha 1000 manat gətirir, lakin kuryer xidmətini və xammalın qiymətini çıxsaq setlərdən təmiz gəlir 600 manat edəcək. Detoks-ezamiyyətdən təqribən 2-5 min manat sizə qalacaq. Lakin bu biznesdən gəlir əldə etmək üçün bu işi sevməli, heç bir halda müştərini aldatmamalı və ən əsası işin peşəkarı olub dayanacaqsız öz biliklərini təkmilləşdirmək. Yalnız bu halda siz uğur qazana bilərsiniz.

Müəllif: Gövhər Əliyeva

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...