Sadələşdirilmiş vergitutma kim üçün məhdudlaşdırılır?

Date:

Paylaş:

Sadələşdirilmiş vergitutma kim üçün məhdudlaşdırılır?

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, işçilərinin sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi və icbari sığorta müqaviləsi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Qanunla sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri bu ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər.

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, müəyyən fəaliyyət növləri üzrə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun məhdudlaşdırılması, əsasən, vətəndaşa yox, biznesə xidmət göstərən şəxslərə şamil edilib. Əgər vəkil, mühasib, auditor vətəndaşa xidmət göstərirsə, həmin şəxslər dövriyyəsindən asılı olaraq sadələşdirilmiş vergi rejimi tətbiq edə biləcəklər. Burada hər hansı bir məhdudiyyət yoxdur. Qanunun qoyduğu məhdudiyyət sahibkarla bağlanmış müqavilə əsasında sahibkara xidmət göstərən subyektlərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ ilə bağlıdır: “Bundan əvvəl sahibkara xidmət göstərən başqa bir sahibkar – əgər qarşı tərəf öz xərcini və gəlirini göstərmək istəmirsə və yaxud öz dövriyyəsini sadələşdirilmiş vergi rejimi ilə işləyirsə – qarşı tərəfin tələbi əsasında ona qaimə-faktura verilmirdi. Hansısa nəzarət-kassa aparatının çeki də sonradan rəsmiləşdirilir və burada bir sıra sui-istifadə hallarına yol verilirdi.

Əgər vəkil, mühasib, auditor vətəndaşa xidmət göstərirsə, həmin şəxslər dövriyyəsindən asılı olaraq sadələşdirilmiş vergi rejimi tətbiq edə biləcəklər.

Ümumiyyətlə, vergi ödəyiciləri arasında əməliyyatların rəsmiləşdirilməsi qaydaları Vergi Məcəlləsi ilə müəyyən edilir. Bir sahibkar başqa bir sahibkara mal, iş və ya xidmət təqdim edirsə, istisna halda hüquqi xidmət göstərirsə, əslində, e-qaimə-faktura təqdim etməlidir ki, qarşı tərəf də öz xərcini sübut edə, gəlirini göstərə bilsin. Əfsuslar olsun ki, bəzi hallarda əmək müqaviləsini “pərdələmək” məqsədilə, ümumiyyətlə, gəlirlər və xərclər sənədlərdə az göstərilir. İki sahibkar arasında qanunla müəyyən edilmiş sənədləşdirilmə aparılmır. Məhz buna görə də qanunvericiliyə belə bir dəyişiklik edildi”.

S.Musayeva bildirib ki, tam xərcsiz, yəni sıfır xərclə biznes qurulmur. İstənilən xidmətin, təbii ki, müəyyən bir xərci var: “Kargüzarlıq ləvazimatları, tərcümə xidmətləri, notarial xidmətlərlə bağlı xərclər ola bilər ki, onların rəsmiləşdirilməsi ilə bağlı sənədlər olmur. Əgər sahibkar bütün xərclərini rəsmiləşdirsə, daimi olaraq daşıma xidmətləri, dəftərxana ləvazimatları, rabitə xidmətləri qaimə ilə alınsa ölkədə sənədləşdirmənin bərpasına töhfə vermiş olacaq. Vergi öhdəlikləri şəffaf şəkildə müəyyənləşəcək. Əgər qarşı tərəf buna şərait yaratmırsa, vergi orqanına müraciət edilməlidir. Burada məqsəd vergi yükünün artırılması deyil: nə qədər xalis gəlir olsa, ondan tutulan vergidə 75 faizlik güzəşt var”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...