Saç düzümü üçün qayçı istehsalı – Biznes ideya

Date:

Paylaş:

Yaxşı bir qayçı olmadan professional bir bərbərin işi mümkün deyil. Keyfiyyətli alətlər – müvəffəqiyyətli bir bərbər işinin əsas komponentlərindən biridir. Buna görə bir çox saç ustaları bazar istehlakçı mallarını almağa üstünlük vermirlər, əvəzinə xüsusi qayçıların alınmasına üstünlük verirlər. Odur ki, bu tip məhsul təklif edərək yaxşı bir biznes qurmaq mümkündür. Çünki ölkəmizdə kifayət qədər bərbər vardır.

Sexin açılması üçün 150 kvadratmetrlik bir otaq sahəsi tələb olunur. Bərbər qayçılarının hazırlanması üçün lazım olan dəzgəhlar: itiləmə və yonma dəzgahı, polad kəsmə aparatı, kobud itiləmə maşını, plastik məlulatın işlənməsi üçün stanok (qayçının tutacağı) və digər kiçik alətlər. Adları yuxarıda qeyd edilənləri almaq üçün sizə təxminən 8 000 AZN tələb olunur.

Qayçıların həqiqətən keyfiyyətli olması üçün, xammala xüsusi diqqət yetirilməlidir. Yaxşı güclü polad, bir qayda olaraq, xaricdən gəlir, ancaq Azərbaycanda onları tapmaq üçün bir az səy göstərsəniz layiqli təchizatçıları tapa bilərsiniz.

İşçilərin sayı az olacaq – 3 nəfər kifayət edər. Qayçının tutacaq hissəsini istehsal edən bir maşın üçün bir mütəxəssis, bir maşın ustası eləcə də köməkçi qismində işçi işə götürmək lazımdır.

Hazır məhsul emal etmək çətinlik yaratmıyacaq, lakin reklam üçün sərmayə qoymaq lazımdır. Məhsul hazır olduqdan sonra onu həm internet, həmdə bərbərlərə səfər etməklə reklam etmək lazım olacaq. Mütləq olaraq məhsul təqdim olunan zaman öz kontaktlarınızı bərbərə verməyi unutmayıb – bərbərlər məhsuldan xoşu gəldiyi halda onu digərlərinədə tövsiyyə edəcəklər.

Bir saç düzümü üçün yaxşı qayçı 30 manatdan az olmamalıdır. Bir ayda 200-ə yaxın məhsul istehsal etmək və satmaq mümkündür. Beləliklə, başlanğıc kapital iş başladıqdan  5 aydan gec olmayaraq sahibinə qaytarılacaqdır.

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...