“Sabina” parfümeri satıldı

Date:

Paylaş:

“İDEAL” Parfumery and Cosmetics  “Sabina” mağazalar şəbəkəsini alıb.

Sövdələşmənin qiyməti hələki məlum olmasa da, strukturun yenilənməsi xəbəri artıq əməkdaşlara da məlumdur. Bununla bağlı artıq struktur və birləşdirmə işlərinə start verilib.

Qeyd edək ki, bazar günü parfüm mağazaları üçün önəmli satış günü olmasına baxmayaraq, həmin gün Nizami küçəsində yerləşən mağazası da işləməyib.

Ümumilikdə “Sabina” mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərir və bu şəbəkə İDEAL brendindən daha əvvəl fəaliyyətə başlamışdı. İDEAL mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.

Əldə etdiyimiz məlumata görə, hazırda İDEAL mağazalar şəbəkəsi hüquqi cəhətdən “ADORE KOMPANİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Şirkət 2007-ci ildə yaradılıb və nizamnamə kapitalı 3 milyon 200 min manat təşkil edir.

“ADORE KOMPANİ”nin qanuni təmsilçisi isə Samir Yalçın oğlu Əliyevdir.

“Sabina” mağazalar şəbəkəsi isə 1994-cü ildə yaradılıb. “Sabina” parfümeriya şirkətlər qrupunun prezidenti Fuad Şıxəliyev 4 ay bundan əvvəl ürəktutmasından Fransanın Kann şəhərində vəfat edib.

Əldə etdiyimiz məlumata görə, bundan sonra şirkətin işlərində axsama qeydə alınıb və mərhumun ailəsi xaricdə yaşadıqları üçün onlar Azərbaycandakı bizneslərini satmaq qərarına gəliblər.

Qeyd edək ki, Fuad Şıxəliyev azərbaycanlı milyarder Araz Ağalarovun dayısı nəvəsidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...