Müəyyən aspektdən yanaşdıqda biznes müharibə kimidir, əgər ümumi strategiya düzdürsə, onda taktiki səhvlər nə qədər olsa da bu onun ümumu uğur qazanmasına mane olmayacaq.
Çox ümidlər vəd edən, perspektivli iş adamlarının əksəriyyəti oturduqları rahat yerdən çıxıb naməlumluğa doğru ilk addım atmaqdan ötrü öz daxillərindəki tərəddüdlə mübarizə aparmalı olurlar. Onlar mənim kimi insanlardan soruşur ki, öz fərdi bizneslərinə başlamaq üçün əsl düzgün zaman yetişibmi?
Həqiqət isə odur ki, biznesə başlamaq üçün ideal vaxt heç vaxt yetişmir, bu elə şəxsi münasibətlərdəki kimidir.
Maraqlı ola bilər: Biznes qurmaq üçün ideya tapmağın yolları
Əgər siz düzgün bir vaxtın olacağın gözləsəniz, sonunda bunu heç vaxt etməmiş olacaqsınız. Mən bu barədə bir sıra mütəxəssislərlə danışmışam, maraqlıdır ki, onların hər birinin fərdi xüsusiyyətlərin, biznes səriştəsinin və biznesə başlamaq üçün müvafiq zəminin yaranmasına dair öz fikirləri vardır. Mənim öz baxışlarıma gəldikdə isə, mən fikirləşirəm ki, dirçəlməkdə olan iqtisadiyyat yeni biznesə başlamaq üçün ən münasib şəraitdir, lakin uğurlu start-uplar nə ideyanın mükəmməlliyindən, nə də müvafiq abı-havanın olmasından o qədər asılı deyil , nəinki onu başlayan insanın özəl xüsusiyyətlərindən.
Ona görə də ən çətini öz daxilinə nəzər salaraq həmin nüansların sizdə nə dərəcədə toplanmasını müəyyən etməkdir.
1. Yeni biznesə başlamaq sizin həsrətində olduğunuz bir ehtirasdır. Vacib şərtdir, lakin məhz indi hər hansı bir biznesə başlamaq üçün yetərli səbəb deyil. Bu heç də “Mən dünyanı yaxşılığa doğru dəyişmək istəyirəm” (daha yaxşı səbəb tapmağa çalış) “Mən korporativ zəhmətkeşlikdən bezmişəm” (məzuniyyət götür) kimi fikirlər olmalı deyil. Yəni bu o deməkdir ki, sizin yeni biznes ideyanız var və siz buna görə riskə getməyə də hazırsınız.
2. Siz məqsədinizə çatmaq nə etmək lazım olduğunu bilirsiniz və bundan ötrü hər hansı bir qərar qəbul etməkdən də çəkinmirsiniz. Bu, özünüz-özünüzə ağa olmaq üçün düzgün bir kontekstdir. Siz çətinliklərin öhdəsindən gəldikcə dərin bir məmnuniyyət hiss edirsiniz, həmçinin müəyyən qərarlarınızdan imtina etməkdə və ya onları ləğv etməkdə də heç bir problem yaşamırsınız. Siz plan hazırlamaq və onu həyata keçirməklə bağlı heç vaxt çətinlik çəkməmisiniz. Bu sizdə çox yaxşı alınır.
3. Real pul qazanmaq imkanı sizi həyəcanlandırır. Siz dahi ideyalar, heç nəyə rəğmən qazanılmış müvəffəqiyyət və cəmi bir neçə illər ərzində əldə edilmiş milyonlara dair hekayələri Google və Apple-dan taparaq oxuyursuz. Qazandığın pulun böyük hissəsini özünüzə saxlayacağınızı bilmək sizi sevindirir, bu sadəcə bölüşdürülən müəssisə gəlirlərindən daha yaxşıdır.
Maraqlı ola bilər: Kiçik biznes qurmaq üçün məsləhətlər
4. Siz inanırsınız ki, iqtisadiyyat vəziyyəti sizin xeyrinizə dəyişir. Təzəcə müşahidə olunan tənəzzül dövrü yeni məhsulun satışı üçün aşkar imkanlar açmışdır və bacarıqlı insanlar aşağı qiymətlər olanda zənginləşmək imkanı əldə edir. Keçmişin dahi iş adamlarının əksəriyyəti öz kompaniyalarına məhz tənəzzül və ya iqtisadi depressiyalar vaxtı başlayıb.
5. Siz vaxt limitləri (dealine) qoymaq və öz prioritetlərinizi idarə etməyibacarmalısınız. Sizə həmişə elə gəlib ki, siz hazırkı müdirlərinizin sizdən gözlədiyindən daha artığını etməyə qadirsiz, sadəcə bunun üçün sizin əlinizdə ixtiyar olmalı, öz cədvəliniz və bir növ öz əmək alətləriniz olmalıdır. Sizin şəxsi motivasiyanız sizin üçün istənilən bir inzibati qaydadan və hətta maaş artımından da daha vacibdir.
6. Dəyişiklik olsun deyə siz maraqlı işlər görməyə can atmalısınız. Hər şeydən öncə, yaddan çıxarmayın ki, başlamaq istədiyiniz biznes başqa birisinin deyil, məhz sizin can atdığınız ən böyük arzudur. Əgər belə olmasa, sizə darıxdırıcı gələn bir işi həyata keçirməkdən ötrü həmkarlar taparaq, bu işin görülməsini onlara həvalə edə bilərsiniz, özünüzü xoşlamadığınız bir işi görməyə məcbur etməyin.
7. Çətinliklərin müxtəlifliyi sizin bacarıqlarınızı maksimuma qədər genişləndirir. Əgər siz yeni şeyləri öyrənməyi sevirsinizsə və dəyişiklər sizə stimul verirsə, siz yeni biznes ortamını çox xoşlayacaqsınız. Hər gün daha fərqli olur, bu zaman siz kreativ elementlərin yayılmasını müşahidə edir, maliyyə, marketinq və satış çətinlikləri ilə rastlaşır və müxtəlif növ müştəri tipləri qarşılaşmalı olursunuz.
8. Istədiyiniz bir yer sizin ofisiniz ola bilər. Əksər iş adamları evlərində oturaraq işləməyi xoşlayır. Bu zaman onlar özlərini daha rahat hiss edir, həmçinin ailələri ilə təmasda olmaq üçün daha çox vaxtları olur. Bəziləri işgüzar rayonlarda qədimi formalı çardaqlı binaları xoşlayır, bəziləri isə məsafələri azaltmaq üçün çox balaca ölçülü kafeləri sevir. Bugünkü qlobal linklər zəmanəsində siz həqiqətən də dünyanın yarısını əhatə edən biznes qura bilərsiniz.
9. Heç də hər şeyi olduğundan daha mürəkkəb təsəvvür etməyə çalışmayın. Əslində son iyirmi il ərzində yeni biznesə başlamağın dəyəri xeyli aşağı düşmüşdür, yəni indi bu insanlara əvvəl olduğu qədər də baha başa gəlmir. Siz indi 100 dollarla e-kommersiya saytı ilə biznesə başlaya və ya bir neçə min dollar ilə smartphone-lar üçün proqram təminatı biznesi qura bilərsiniz. Yeni biznesə başlamaq üçün ən doğru səbəb sizin öz ev tapşırığınızı düzgün icra etməyiniz və bundan sonra hər şeyin öhdəsindən asanlıqla gəlməyiniz üçün lazımı bilik və bacarıqlarınız olmasına əmin olmağınızdır.
10. Siz həqiqətən də ikinci karyera üçün hazırmısınız? Bu xüsusi ilə heç nə ətrafında səs-küy yaradan və artıq uğurlu karyerası olan insanlar üçün vacibdir. Indi onlar əllərində çox az vaxt olmasına baxmayaraq yeni çətinliklərə sinə gərməyə hazırdılar. Yeni şəxsi biznesə başlamağın ən yaxşı tərəfi ondadır ki, siz təzə işə başlamaq üçün köhnəsindən imtina etmək məcburiyyətində olmursunuz.
Bu səbəblərdən bir neçəsində əgər sizin adınız çəkilirsə (əgər onların hər hansı birini özünüzə yaxın hiss edirsinizsə), demək fərdi biznes qurmağı vaxtı yetişib. Bundan yaxşı vaxt ola bilməz, xüsusən də əgər sizin ətrafınızdakı insanlar özlərinə bu siyahıda hər hansı bir uyğunluq tapmaqda tərəddüd edirlərsə. Bu o deməkdir ki, siz daha az rəqabətlə üzləşməli olacaqsınız.
Bəs onda siz nəyi gözləyirsiniz?