Səudiyyə şahzadələrindən azadlıqları qarşılığında 100 milyard dollar alınacaq

1
932

Səudiyyə Ərəbistanı hökuməti korrupsiya ilə bağlı ittihamların geri götürülməsi üçün həbsdə olan şahzadələrdən 100 milyard dollar almaq niyyətindədir.

Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Ər-Riyadda beş ulduzlu “Rits-Carlton” hotelində saxlanılan şahzadələrlə danışıqların yanvarın sonuna kimi yekunlaşacağı gözlənilir. Artıq saxlanılanlardan 90 nəfərin hökumətin şərtlərini qəbul edərək, azadlığa çıxdığı bildirilir; daha beş nəfər təklifi götür-qoy edir. Korrupsiyada təqsirləndirilən digər 95 nəfər isə ödəniş etməkdən imtina edib və onların işi məhkəməyə verilə bilər.

“Reuters”in yanvarın 14-də verdiyi xəbərə görə, krallığın ən zəngin insanlarından olan şahzadə Əl Vəlid bin Təlal hökumətə “ianə” verməyi təklif  edib. Ancaq təklif olunan məbləğ ölkənin Baş Prokurorluğunu qane etməyib.

1 COMMENT

  1. 23353 393339I genuinely enjoy your site, but Im having a dilemma: any time I load one of your post in Firefox, the center with the internet page is screwed up – which is bizarre. May possibly I send you a screenshot? In any event, keep up the superior work; I undoubtedly like reading you. 526423