Səudiyyə Ərəbistanında vətəndaşlar illərdir vergi ödəmədən yaşayırdılar. Ancaq 2014-cü ildə 114 dollar olan 1 barrel xam neftin dəyərinin hazırda 55 dollar səviyyəsinə düşməyi ölkə idarəçilərini gəlir üçün yeni axtarışlara sövq edib.
Səudiyyə Ərəbistanı keçən il iyunda 6 üzvlü Körfəz Əməkdaşlıq Şurası ilə etdiyi razılaşma çərçivəsində müəyyən məhsullara 5 faiz ƏDV tətbiq edəcək. 2016-cı ildə Səudiyyə Ərəbistanının büdcə açığının da 97 milyard dollar olduğu söylənilir.
Digər Körfəz ölkələrinin də 2018-ci ildə ƏDV sistemini təqib etməsi gözlənilir. Yeni qərar Beynəlxalq Valyuta Fondunun da dəstəyini alıb.