Səudiyyə Ərəbistanı dövlət büdcəsinin kəsirini maliyyələşdirmək üçün 1,36 milyard ABŞ dolları dəyərində istiqraz buraxıb.
Ölkənin Maliyyə Nazirliyinin açıqlamasına görə, qiymətli kağızlar 4 mərhələdə emissiya edilib. Belə ki, investorlara 5 illik və 42,4 milyon dollarlıq, 10 illik və 315 milyon dollarlıq, 14 illik və 176,8 milyon dollarlıq, 29 illik və 835 milyon dollarlıq olmaqla istiqrazlar təklif olunub.