Tesla avtopilotu yenə də xəbərlərə düşdü. Kaliforniya yol polisi Tesla Model S-ni dayandırdı və sürücünün sərxoş olduğunu, sükan arxasında yuxuya getdiyini müəyyən etdi. Lakin, bu fakt onun 7 dəqiqə ərzində 11 km məsafə və 100 km/s sürətlə polis təqibindən uzaqlaşmasına manə olmadı. Avtomobili saxlamaq üçün polis maşınlarından biri Teslanı ötüb keçmək məcburiyyətində qaldı. Maşın Los Altos şəhər planlaşdırma komissiyasının üzvü olan Aleksandr Samekaya məxsus idi. Arc Technica xəbər verir ki, o, sərxoş halda avtomobil sürdüyünə görə sürücülük vəsiqəsindən məhrum edilib.
Avtomobil sükan arxasında yuxuya gedən sürücü ilə 11 km-dən artıq məsafəni necə gedə bildi? Ən aydın cavab isə S – modelində avtopilot rejiminin işə salınmasından ibarətdir, lakin patrul polis əməkdaşları bu nəzəriyyəni hələ təsdiq etməmişdilər. Bəlkə də avtopilot sürücünün həyatını xilas etdi.
“Bu texnologiyanın mövcud olması yaxşıdır, ancaq insanların belə bir texnologiyaya çıxışı olsa belə, onlar avtomobilin idarə olunmasına görə məsuliyyət daşıyırlar”, – deyə polis haddisə ilə bağlı bildirib.
Bu halda vəziyyət daha çox qəribə görünməyə başlayır, çünki Tesla avtopilotu sürücünün sükan çarxını buraxdığını aşkara çıxarmalı idi, belə halda avtomobil bir neçə dəqiqədə yavaşlamalı idi. Sistem sürücüyə sükan çarxını idarə etmədiyindən bir neçə saniyə ərazində xəbərdarlıq edəcək.
Xatırladaq ki, bu ilin yazında Arizona ştatının Tempe şəhərində Uber avtomobili avtopilot idarəsi altında olarkən insan ölümünə səbəb olmuşdur – bu, belə hallarda piyadaların ölümünü təstiq edən ilk haldır. Lakin, polis daha sonra avtopilotun qəzaya görə məsuliyyət daşımadığını iddia etdi.