Sənaye sahəsində fəaliyyət göstərən KOB-ların məhsul və xidmətləri “CASPINDEXPO 2019” Sərgisində

Date:

Paylaş:

Kiçik və orta biznes subyektləri öz məhsul və xidmətlərini bu gün Bakı İdman Sarayında öz işinə başlamış 2-ci Beynəlxalq Sənaye Sərgisində (“CASPINDEXPO 2019”) nümayiş etdirir.

Bizplus.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, agentliyin dəstəyi ilə sənaye sahəsində fəaliyyət göstərən KOB-lar üçün ayrılmış xüsusi stenddə bağ, ev və ofis mebelləri, alüminyum və plastik qablar, streç və folqalar, kağız və karton çantalar, istixana konstruksiyaları və aksesuarları, dəmir və taxta məmulatlar, işıq dirəkləri və s. məhsullar, eləcə də sənaye avadanlıqlarının təmiri və quraşdırılması xidməti təqdim edilir.

Sərgi çərçivəsində KOB-lar sərgi ziyarətçilərinə öz məhsul və xidmətlərini təqdim etməklə yanaşı, yerli və xarici şirkətlərlə əlaqələr qurur, əməkdaşlıq və satış imkanlarına dair müzakirələr aparırlar.

Noyabrın 8-dək davam edəcək “CASPINDEXPO 2019” Sərgisində Azərbaycan şirkətləri ilə yanaşı, bir sıra ölkələrin sənaye sahəsində fəaliyyət göstərən şirkətləri də təmsil olunur

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...