Bu ilin yanvar-mart aylarında Azərbaycan 31,583 mln. ABŞ dolları dəyərində 84,906 min ton şəkər idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 23,697 mln. dollar (4 dəfə) və 67,458 min ton (4,9 dəfə) çoxdur.
Hesabat dövründə şəkər idxalı Azərbaycanın ümumi idxalının 1%-ni təşkil edib.
Qeyd edək ki, Azərbaycanın 3 aylıq ticarət dövriyyəsinin 4 484,55 mln. dolları ixracın, 3 135,58 mln. dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 43,1%, idxal isə 33,7% artıb.