Yönləndirmə zəif tərəf ola bilərmi? Bəli, ola bilər.
Yönləndirmə biznes-modelin əsasıdır. Məhz rəhbərin tapşırıqlar verməyi yaxşı bacarmaması halı biznesə çox mənfi təsir göstərir.
Yönləndirmə işi əslində əldən-ələ keçir və vacib işlərin görülməsini tanımadığn birisinə etibar etmək bəzən çox çətin olur. Lakin əgər siz güclü bir biznesin yiyəsisinizsə o zaman sizin təbii ki, işləriniz çox olacaq və təkbaşına onların öhdəsindən gəlmək də praktiki olaraq real deyil. Bütün bu işləri öz üzərinizə götürmək sizə həm fiziki həm də mənəvi ziyan gətirə bilər. Belə vəziyyətdə yönləndirmə doğru və tək çıxış yoludur.
Səhv yönləndirmənin 5 əlaməti ilə tanış olaq:
1.Tam dolu poçt qutusu
Belə müşahidə edilib ki, iki insan tipi var: daxil olan məktublar qutusu ya tamam boş olan ya da dolu olanlar. Orta hal yoxdur. İkincilər təbii ki, gündəlik olaraq bu qarmaqarışıqlığa nəzər salmalı və yönləndirmə etməlidirlər. Forbes-dən əldə edilən məlumatlar göstərir ki, poçt qutusu ilə iş gündəlik iş vaxtının 23%-ni əhatə edir. Poçt qutusunu qaydaya salmaq da vacib işlərdən biridir.
2.Artıq işləmək
Gəlirli biznes çox zaman gərgin və əlavə iş sayəsində əldə edilir. Lakin burada Steve Jobs-un məhşur bir fikri yada düşür ki, çox işləmək yox ağılla işləmək lazımdır. Bilik və bacarıqlarınıza uyğun hədəflər qoyun qarşınıza. Boş yazılara və kommersiya təkliflərinin oxunmasına vaxt ayırmağın mənası yoxdur – bu işləri daha az təcrübəli işçilərə yönləndirmək olar.
3.Pis nəticələr
Pis nəticələrin səbəbi zəif yönləndirmə bacarığı ola bilər. Ya tapşırıq düzgün olamayan insana verilib ya da tapşırıqların tələbi çoxdur. Əgər siz daim nəticələri yoxlamağa çoxlu vaxt ayırırsınızsa, o zaman əslində tapşırığın düzgün qoyulub-qoyulmamasına nəzər yetirməli, icraetmə alqoritminə baxmalı və gözləntilərinizin qiymətləndirilməsini aparmalıınız.
- Dedlaynları keçmə
Bunu əslində hər kəs edir,amma artıq ciddi bir problemə çevrilibsə o zaman demək ki, yönləndirmənin vaxtı çatıb. Yəqin ki, siz ya tapşırıqların həllinə ayrılan vaxtı dəyərləndirmirsiniz ya da gücünüzü yoxlamaq istəyirsiniz. Belə ki, problemi həll etmək üçün yönləndirmə işinə başlayın.
- Mikroidarəçiliklə məşğul olursunuz
Əgər çox tez-tez sizi, bu və ya digər tapşırıqla işlərin öhdəsindən necə gəlmək maraqlandırırsa, nəzarət nöqtələrinin nə dərəcədə dəqiq olmasını və tapşırığı yerinə yetirəcək assistentin onu nə qədər yaxşı başa düşüb-düşməməsini yoxlamalısınız. Yəni siz əgər yönləndirilən tapşırıqlara daimi nəzarət edən mikroidarəçiliklə məşğulsunuzsa strategiyanı dəyişməlisiniz.