Səhmdarlar startaplarla razılıq şərtlərini dəyişirlər – Koronavirus bəhanəsi

Date:

Paylaş:

Startap qurucuları bildiriblər ki, Covid-19 virusu səbəbindən iqtisadi tənəzzülə görə investorlar ya razılıq şərtlərini dəyişirlər ya da onlardan imtina edirlər.

Bu barədə Business İnsider məlumat verir.

İlk olaraq, Entrepreneur First startapının həmtəsisçisi Mett Klifford ictimaiyyət qarşısında belə investorları ittiham edərək, onların bu hərəkətini “dəhşətli istismar” kimi qiymətləndirib. Onun sözlərinə görə,  səhmdarlardan biri razılıq imzalandıqdan 72 saat sonra təsisçiyə bildirib ki, maliyyələşmə həcmini azaldır. Belə nümunələr çoxdur, amma Mett-ə görə bu, ən dəhşətlisidir. Düzdür, o, nə investorun nə də həmin təsisçinin adını açıqlamyaıb, amma lazım gəlsə açıqlaya da biləcəyini istisna etməyib: “Belə səhmdarların bu əməllərinə son qoymaları üçün hələ ki vaxtları var və biz şirkət qurucuları ilə də sıx əlaqələr qururuq ki, yaxşı nəticələr əldə etməkdə onlara yardımçı olaq”.

Avropanın bir səhiyyə startapının qurucusu isə bildirib ki, vençur kapitalistlər üçün belə dönəmlər bir fürsət, startap qurucuları üçünsə “ölüm-dirim mübarizəsi”dir. O, xoşməramlı olmayan həmin səhmdarları eBay-da 20 dollara əl üçün antiseptiklər satan istismarçılarla müqayisə edib.

Qarşı tərəf isə bu ittihamlara cavab olaraq investorların fikirlərində dəyişikliklər etmələrinin tam təbii olduğunu bildirib. Belə ki, səhmdarlardan birinin sözlərinə görə, son bir neçə ildə vençur fondlar rekord məbləğdə pullar ayırıblar və startaplar üçün pul əldə etmək asanlaşıb. Bununla da maliyyə cəlb etmək uğrunda rəqabət yüksəlir. “Bazar şərtləri dəyişir, səhmdarlar özləri də “yuxarı”nın qərarından asılı olurlar” – deyə, o fikirni belə yekunlaşdırıb.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...