Səhiyyə sektorunda 69 milyard dollarlıq satınalma

1
812

ABŞ-da aptek şəbəkəsi CVS, tibbi sığorta şirkəti “Aetna”yı satın almaq üçün razılaşıb.

“Marja” xəbər verir ki, rəsmilərin və səhmdarların təsdiq etməsi lazım olan müqaviləyə görə, CVS, ABŞ-ın üçüncü böyük tibbi sığorta şirkəti “Aetna”üçün 69 milyard dollar ödəyəcək.

CVS-nin “Aetna həmləsi”, Amazon-un aptek bazarına girməyə hazırlaşdığı bir dövrdə təsadüf edir.

ABŞ-da öz adını daşıyan apteklərilə tanınan CVS, böyük şirkətlərin və tibbi sığorta şirkətlərinin reseptli dərman proqramlarını həyata keçirir və hələ də on milyonlarla insanı təmsil edir.

2007-ci ildə “Caremark”ı 27 milyard dollara satın alan CVS həm pərakəndə, həm də reseptli dərman biznesini inkişaf etdirmək məqsədi ilə son illərdə bir sıra satınalma həyata keçirib.

1 COMMENT