Əsas səhifə Tenderlər Səyyar gübrə satışının təşkili məqsədilə “Aqrolizinq” avtomobillər alır

Səyyar gübrə satışının təşkili məqsədilə “Aqrolizinq” avtomobillər alır

161
Paylaş

“Aqrolizinq” ASC fermerlər üçün səyyar gübrə satışının təşkili məqsədilə avtomobillərin satın alınması haqqında yeni tender elan edib.

Seçim iki lotdan ibarət açıq tender metodu ilə keçirilir. 1-ci lot 2 ədəd mühərriki 95 a.q. qüvvəsi olan minik avtomobilinin, 2-ci lot 2 ədəd mühərriki 180 a.q. qüvvəsi olan minik avtomobilinin satın alınmasını nəzərdə tutur.

Hər bir lot üzrə tenderdə iştirak haqqı 100 manatdır.

Təkliflər 3 oktyabr 2019-cu il tarixinədək qəbul olunacaq, təklif zərfləri oktyabrın 4-də açılacaq.

Qeyd edək ki, “Aqrolizinq” avtomobillərin satın alınması haqqında birinci tenderin nəticələrini ləğv edib. “Toyota-Bakı Mərkəzi” MMC ilə 2 ədəd avtomobilin (mühərrik: 180 a.q.) satın alınması haqqında imzalanmış 142,8 min manat dəyərində müqavilə və “Autouniversal” MMC ilə iki ədəd avtomobilin (mühərrik: 95 a.qg.) satın alınması haqqında imzalanmış 62,8 min manat dəyərində müqavilə ləğv edilib.

“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.