Əsas səhifə Biznes Biznes ideyalar Şəxsi biznes kouç olaraq necə biznes ideya fikirləşmək olar

Şəxsi biznes kouç olaraq necə biznes ideya fikirləşmək olar

433
biznes ideya
biznes ideya

Kreativ komandan yoxdursa nə etməlisən? Dünya üzrə tanınmış “Altı düşüncə papağı” kreativlik texnikasını elə dəyişdiririk ki, sərbəst şəkildə yeni ideyalar düşünmək mümkün olsun.

Keçən əsrin 80-ci illərinin əvvəllərində Edvard de Bono “Altı düşüncə papağı” kreativ texnikasını hazırlayıb. Bu, Qərbdə ən geniş yayılmış və çox sevilən beynin işi texnikalarından biridir. Yeganə problem ondan ibarətdir ki, bu texnikanın reallaşması üçün  həqiqətən də altı nəfər adam lazımdır. Bəs əgər təksənsə bunu necə etmək lazımdır?

Bu texnikanı təkbaşına da həyata keçirmək mümkündür – öz şirkətinizə “1000 ideya” qutusundan kreativ komanda təşkil edərək (əgər sizə konkret təkliflər lazımdırsa). Ofis əməkdaşlarının əvəzinə psixoloji kartlar sizə ideyalar təklif edəcək. Belə bir perspektiv sizə necə gəlir?

Təlimin mənası nədir

Altı papaq özündə altı düşüncə metodunu əks etdirir. Başqa sözlə desək, altı təmamilə fərqli və bir-birini tamamlayan baxış bucağını. Siz sadəcə bir-bir bu papaqları başınıza qoymalı və onların dilindən danışmalısınız.

Təlimə başlamazdan əvvəl problemi araşdırın, daha doğrusu, beyninizdə ideayalar üzərində kartları nəyə görə seçdiyinizi formalaşdırın. Bu təlim, həm həyatda həm də biznesdə” ümumiyyətlə heç nə məlum olmadığı” hallar üçün uyğundur. Kartlar burada canlı əməkdaşlarla əsl beyin fırtınasını həyata keçirirlər. Hər birinin öz fikri var və onlar bir-birləri ilə mübahisə də edirlər, fikir ayrılıqlarını müzakirə edirlər. Və siz (aparıcı) oturur və bu mənzərəni seyr edib, daha çox xoşunuza gələni dinləyərək bir nəticəyə gəlirsiniz. Burada kartlar göründüyü kimi özlərini insanlar kimi aparırlar.

Təlimi necə həyata keçirməli

“1000 ideya” qutusunu əlinizə alın, kartları qarışdırın, təsadüfən altı kart seçin və beyninizdə bu kartların simvolizə edəcəyi altı mövqeyi təyin edin. Hansı papağın harda yerləşdiyini unutmamaq üçün balaca kağızlarda bir ipucu da qeyd edə bilərsiniz.

İdea
İdea

Kartların yerləşdiriləcəyi altı mövqe:

  1. Ağ papaq. Tərəfsiz-papaq. Kart sizin ciddi probleminizə cavab verən insan obrazını ifadə edir. Bu papaq ancaq faktları və rəqəmləri təqdim edir, bir sözlə, sizin hazırki vəziyyətinizi göstərir.
  2. Qırmızı papaq. Emosiyalar papağı. Emosiyaları, intuitiv qavramanı özündə daşıyan kart. O obrazlılığı əks etdirir. Öz çıxışı ilə o hardasa bir qədər qəribə şəkildə birinci kart  haqqında hesabatlar aparır və həmişə hədəfə düşür. Nə etməklə bağlı məsləhət verir.
  3. Qara papaq. Pessimist papaq. Bu kart sizi, nəyisə dəyişmək cəhdi olmadan hər şeyin olduğu kimi davam etdiyi halda sizi ən pis şəkildə qorxudur. Burada ağır mühakiməni də unutmamalısınız.
  4. Sarı papaq. Optimist papaq. Sizi ümidləndirəcək kart. Optimist, sizin vəziyyətdə nəyin yaxşı olmasını sizə bildirir və pozitivlik üçün dəstək verir. Bu , öz optimistliyi ilə hamını yoluxdura biləcək insan obrazıdır.
  5. Yaşıl papaq. Xəyal gücü papağı. Bu kart bizi qıcıqlandırır, oyadır, daha doğrusu “ pis tərzdə öyrədir”. Öz gücümüzü ən ağır yollarla yoxlamağa vadar edir. Ən gözlənilməz çıxış yolunu  göstərir.Ələ salır. Mesaj göndərir. Rahatlığımızı əldən almağa çalışır. Ağlımızı məhv etməyə çalışır. Yerinə yetirə bilməyəcəyimiz bir məsləhət verir və beləcə bizi ələ salır. Biz isə onu yerinə yetiririk.Çünki bu kartlar arasında ən güclü və müdrik bir kartdır.
  6. Mavi papaq. Təşkilatçı papaq.  Rəhbər kartdır.O, quldurların başçısı, knyaz, kral, toplantı rəhbəridir. Ən qədim və müdrik olandır. O ayağa qalxanda hər kəs sakit qalır. O hökmranlıq edir. Onun dediyi son qərar olur. Tək bir aforizmlə bu kart sizin dediklərinizi ümumiləşdirməyə qadirdir.

Bu altı kart-papaq göründüyü kimi üç şən cütlüyə bölünür.

1.Birinci cütlük. “Tərəfsiz və baməzə”. Onlar sizə bugününüzdən danışırlar.Sizin hal-hazırda əldə etdiyinizdən.

  1. İkinci cütlük. “Pessimist və optimist”. Pessimist sizə gələcəyinizdən, baş verə biləcək ən pis hallardan danışır. Optimist isə daha da dəqiq diqqət edildiyində heç də nəyinsə dəhşətli olmadığını deyir. Yaxud da digər bir mənzərəni çəkir – hər şey yaxşı olsa hadisələrin necə inkişaf edəcəyini.
  2. Üçüncü cütlük. “ Şah və xəyal gücü”. Daha dəqiq desək, xəyal gücü və şah – ardıcıl olaraq. Hər ikisi yekun qərar verirlər. Amma hər biri özünə görə.

Papaqları necə danışdırmalı

Siz kartları növbə ilə danışdırmalısınız.Digər bir insan roluna girin və bunun necə çətin olduğunu düşünün, bunun üçün sizə ipucu olaraq “1000 ideya” kartları kömək edəcək.

Vacib məsləhət. Rahat danışmağa çalışın, yəni hər sözü düşünmək lazım deyil. Növbəti karta nəzər yetirərək siz onda gördüyünüz əlaqələri başa düşməlisiniz. Bir şeyi yadda saxlayın ki, bu bir oyundur və heç kim sizdən bütün bu insanların fikirlərinin obrazını dəqiqliklə ifadə etməyi təlıb etmir. Təlimin məqsədi də ondan ibarətdir ki, yeni ideyaları siz özünüzdən yaradırsınız. Ona görə də artıq nəsə deməkdən,ağılsızlıq etməkdən çəkinməyin, əksinə bunları etməməkdən qorxun. Ola bilsin ki,doğru cavab məhz bu ağılsızlıqda olsun.

Rəy bildir

Please enter your comment!
Please enter your name here