Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Səudiyyə Ərəbistanılı məşhur milyarder vəfat edib

Səudiyyə Ərəbistanılı məşhur milyarder vəfat edib

50
Paylaş

Təxminən 2.3 milyard dollarlıq sərvətilə Səudiyyə Ərəbistanının ən zəngin iş adamı olduğu qeyd edilən Saleh Abdullah Kamil vəfat edib.

Səudiyyə Ərəbistanılı məşhur milyarder Saleh Abdullah Kamil 79 yaşında vəfat edib. 

Səudiyyə Ərəbistanının çoxmillətli “Dallah Al-Baraka Holding”inin qurucusu və başçısı olan Kamilin vəfat etdiyi xəbəri, holdinqin Twitter səhifəsindən açıqlanıb.

Açıqlamada, Kamilin, Ramazan ayının son on günündə mübarək bir gecədə vəfat etdiyi qeyd edilib.

Səudiyyə Ərəbistanı mediasında isə Kamilin, İslam bankçılığının və Ərəb dünyasında medianın qabaqcıllarından biri olduğu qeyd edilib.

“Şərq əl-Avsat” qəzetində, Kamilin, təxminən 8 milyard riyal (2.3 milyard dollar) sərvətilə Səudiyyə Ərəbistanının ən varlı iş adamı olduğu məlumatı yer alıb.

Kamil 10 il  Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinə məsləhətçilik edib.

O, 1995 və 1996-da Bankir mükafatı, 1993-də Körfəz İş Adamları Mükafatı və 2010-da da Malayziya Kral Mükafatını alıb.