Əsas səhifə Biznes Səudiyyə Ərəbistanı Richard Bransonun şirkətlərinə 1 milyard dollar investisiya edəcək

Səudiyyə Ərəbistanı Richard Bransonun şirkətlərinə 1 milyard dollar investisiya edəcək

756

Səudiyyə Ərəbistanı, milyarder Richard Bransonun Virgin Galactic, The Spaceship Company və Virgin Orbit şirkətlərinə böyük bir investisiya etməyə hazırlaşır. Virgin Groupun kosmos turizmi işlərini sürətləndirməsi gözlənilən investisiyanın miqdarı isə 1 milyard dollardır.

Virgin Galactic’ə 480 milyon dollar daha investisiya etməyi planlayan Səudiyyə Ərəbistanı, Virgin Group ilə rəsmi lakin məcburi olmayan bir razılaşma imzalayıb. 1 milyard dollarlıq sərmayə ölkədəki yerli və xarici təşkilatlara sərmayə edən ictimai investisiya fondundan ediləcək.

1 milyard dollarlıq investisiyanın 3 şirkət arasında necə bölünəcəyinin açıqlanmadığını da bildirək. Lakin The Spaceship Company və Virgin Orbit hələ inkişaf mərhələsində olduğu üçün investisiyanın böyük bir qisminin Virgin Galactic’ə getməsi sürpriz olmayacaq. Səudiyyə Ərəbistanında kosmosla bağlı bir əyləncə mərkəzi qurulalacağı da bildirilir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here