Əsas səhifə Xəbərlər Xarici xəbərlər Səudiyyə Ərəbistanı 1,36 milyard dollarlıq istiqraz buraxıb

Səudiyyə Ərəbistanı 1,36 milyard dollarlıq istiqraz buraxıb

63
Paylaş

Səudiyyə Ərəbistanı dövlət büdcəsinin kəsirini maliyyələşdirmək üçün 1,36 milyard ABŞ dolları dəyərində istiqraz buraxıb.

Ölkənin Maliyyə Nazirliyinin açıqlamasına görə, qiymətli kağızlar 4 mərhələdə emissiya edilib. Belə ki, investorlara 5 illik və 42,4 milyon dollarlıq, 10 illik və 315 milyon dollarlıq, 14 illik və 176,8 milyon dollarlıq, 29 illik və 835 milyon dollarlıq olmaqla istiqrazlar təklif olunub.