Əsas səhifə Xəbərlər Biznes xəbərləri Sərvətinə görə həbs edilən Zamirə Hacıyeva zaminə buraxıldı

Sərvətinə görə həbs edilən Zamirə Hacıyeva zaminə buraxıldı

79

Korrupsiya əleyhinə qanun əsasən sərvəti Britaniya səlahiyyətliləri  tərəfindən hədəfə alınan azərbaycanlı qadın zamin müqabilində azadlığa buraxılıb.

Bizplus.az xəbər verir ki, bu barədə “us.news”da məlumat yer alıb. Qeyd edilib ki, azadlığa buraxılan qadın “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs edilmişdi. Sərəncama əsasən, səlahiyyətli şəxslərin korrupsiyada ittiham olunan şəxslərin bahalı mülklərini necə əldə etmələri barədə haqq-hesab verənə qədər həmin mülkləri müsadirə etmək imkanı var. Britaniya Hacıyevanın Londonda 22 milyon funt sterlinq dəyərində mülkü necə aldığını öyrənməkdə maraqlıdır.

Qeyd edək ki, Z. Hacıyeva ötən həftə həbs edilib.